İngilis aparıcı söz verdi: “Kuboku qazansaq, efirə çılpaq çıxacam”

İngiltərənin məşhur aparıcısı Raşel Riley Tvitter səhifəsində maraqlı açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, aparıcı İngiltərənin dünya kubokunu qazanacağı təqdirdə efirə çılpaq çıxacağına söz verib.

32 yaşlı aparıcının bu açıqlamasından sonra Tvitterdəki izləyici sayı artıb. İstifadəçilər #ComeOnEngland (İrəli İngiltərə) haştaqını paylaşmağa başlayıblar.

Qeyd edək ki, İngiltərə 1966-cı ildən bu yana futbol üzrə dünya çempionu ola bilmir.

Minval.İnfo