“QAZ“, “Qonşular”, “Gürzə”, “Qaynar Qazan”, “My name is İntiqam”, “Gizlənpaç” kimi filmlərdə rol alsa da daha çox televiziyada aparıcı kimi məşhurlaşıb. Söhbət tanınmış aparıcı və aktrisa Könül Yusifqızından gedir.

Yubileyi öncəsi xanım aktirsa planlarından və bir çox mətləblərdən Topxeber.az-a söz açıb.

— Könül xanım, necəsiz?

— Sizi gördüm lap yaxşı oldum. Dostların əhatəsində necə olmalıyam?

— Könül xanım, əvvəlcədən deyim ki, şəxsi həyatınız, qalmaqallarınız da daxil maraqlı suallarımız olacaq. Inciməyəcəksiniz ki?

— Qətiyyən. Məndə bütün suallara cavab var. İstədiyiniz sualı ünvanlaya bilərsiz.

— Yenidən televiziyaya qayıtmaq təklifi kimdən gəldi?

 — Mənə təklif Lider televiziyasının əməkdaşı Əli müəllimdən gəldi. Getdim, layihə ilə tanış oldum. Bəyəndim və böyük məmnuniyyətlə də qəbul etdim. Hazırda da işimi sevə- sevə görürəm.

— Könül xanım, niyə gecə efirini seçdiz?

— Çünki, layihə gecə efiri üçün nəzərdə tutulmuşdu. Kanal layihəni bu saat üçün təqdim etdi. Mən də razilaşdım. Mənim üçün saatın heç bir fərqi yoxdu.

 

Rejissorlar tənbəl olduğu üçün mən seriallarda görünmürəm

  — Seriallarda çox az-az görünürsüz. Niyə yoxsuz?

— Bilirsiz, niyə yoxam? Çünki, bizim rejissorlar çox tənbəldir. Qorxmadan, çəkinmədən deyirəm, tənbəldilər. Və məni hər dəfə oxşar obrazlara dəvət edirlər. Rejissorların həvəsi yoxdur ki, obrazların üzərində işləsinlər. Buna tənbəllik edirlər. Ona görə də təkliflər olub amma mən getməmişəm.

— Bildiyimə görə, Azərbaycanda ən reytinqli serialın kastinqindən keçə bilməmisiz. Doğrudur?

— (gülür) Hə. Rövşən İsaqın serialı üçün idi kastinq. Keçsəydim mənə çox xoş olardı. Keçə bilmədiyimi onunla əlaqələndirirəm ki, yəqin mən vizual olaraq onun görmək istədiyi obraz deyildim. Mən o kastinqdən keçməsəm belə hazırda həmin serialı sevə-sevə izləyirəm.

 Pərvin mənim tamaşalarımla böyüyüb

 — Bu yaxınlarda model-aktirisa Pərvin Abıyevanın bostanına daş atdınız. Bu Pərvinlə özünü reklam etmək anlamına gəlmir ki?

— Qətiyyən. Mən teatrda işləyəndə Pərvin körpə uşaq idi. Əminəm ki, Pərvin mənim tamaşama baxaraq böyüyüb. İstəməzdim onun adını hallandırım. Mən o qızı ilk dəfə görəndə dedim ekranlara qəşəng qız gəlir. Amma savadlı olmaq daha da öndə gəlir. Məncə yerini bilmək yaxşı şeydi.

— Demək istəyirsiz ki, model Tunay Əliyeva daha gözəl, daha savadlı və yerini biləndir?

— Mən yalnız bir şey deyəcəm sizə. Mənim dostumun dostu dostumdur, dostumun düşməni isə düşmənimdir. Tunay mənim yaxın dostumdur.

— Könül xanım, bir var ki, aktrisanın tərəfini saxlayasan, bir də var ki, sənətin. Niyə aktrisanın tərəfini saxlayırsız?

— Bəli, Tunay mənim dostumdur. Əslində, mən tərəf saxlamıram. Saxlamaq da lazım gələrsə dostumu müdafiə edəcəm. İnsanların bir-birini sosial şəbəkədə təhqir etməsi yaxşı deyil. Şəbəkə kiminsə atasının evi deyil. Mən sadəcə buna fikir bildirmişəm.

— Ailəniz sizin səhnələrinizi, obrazlarınızı izləyir?

— Hə.

— Bəs açıq-saçıq səhnələrinizə necə reaksiya verirlər?

— Əslində mənim üçün açıq- saçıq səhnə yoxdu. Lakin, ailəm əvvəllər çox pis reaksiya verdi. Hətta aktrisa olmağımı qətiyyən istəmirdilər. Onu da deyim ki, həmin səhnələrə görə keçmiş həyat yoldaşımla il yarım küsülü qalmışdıq.

— Niyə sizi adətən +18 tərz obrazlara dəvət edirlər?

— Çünki, mən komplekssiz qadınam. Həm də rejissorların düşüncəsində elə qalmışam.Əgər bir aktrisa ilk obrazında necə tanınırsa dəvətlər də bənzər obrazlar üçün gəlir. Hətta artıq bənzər təklifləri qəbul etmirəm. Mən başqa obrazlarda da özümü sınamaq istəyirəm.

10 min versələr çılpaq çəkilərəm

 — Könül Yusifqızına obrazı üçün 10 min manat təklif edilsə soyunar?

-Əlbəttə ki, soyunaram. Amma arıqlayıb sonra soyunaram. Hətta bir dəfə belə təklif olub. Əməkdar incəsənət xadimi Ayaz Salayevdən gəlib təklif. Amma pul məsələlərinə görə alınmadı. Amma yenə də deyirəm soyunaram. Və burda problem görmürəm.

— Deyilənə görə, plastik əməliyyat haqda düşünürsüz. Soyunacaqsız deyə hazırlaşırsız?

-(gülür) Hələ bu barədə danışmaq istəmirəm. Çünki, konkret bir yer haqqında düşünmürəm. Burun əməliyyatı da olacaq. Ona görə hələ sirr qalsın.

— Həyat yoldaşınızdan artıq ayrılmısız. Yeni münasibət var?

— Hələ yoxdu. Amma ola bilər. Mən yalnız sevgi istəmirəm. Artıq dolğunlaşmış bir qadınam. İnsana arxa-dayaq lazımdı.

— Yalnız sevgi yox, həm də nə istəyirsiz ki? Sponsor?

— Hə, həm də sponsor. Verlişin sponsurundan  danışmıram haaa. Yenə deyirəm, yaşın-başın bir həddi var. Mənim xərclərim çoxdu. Mənim düşündüklərimi həyata keçirməkdə mənə dəstək olsun.

— Təşəkkür edirik, Könül xanım. Yormadıq sizi?

Yox, əksinə çox xoş oldu sizinlə müsahibə. Enerjim artdı.