İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli sakini 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyyub oğlu “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Sürücü qəzanın təsirindən şoka düşərək huşunu itirib. Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım stansiyasının İmişli regional məntəqəsinin əməkdaşları cəlb olunub.Yaralı İmişli rayon xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.