Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıblar.

Minval.info xəbər verir ki, onlar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ilə azad olunublar.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb və onlara arayışları təqdim olunub.