Bu gün də “Maşın” realiti-şousu daha bir qalmaqalı ilə yadda qalıb.

Minval.İnfo axşam.az-a istinadən bildirir ki, bu dəfə söz savaşına aparıcı İlhamə Bədəlova ilə müğənni Cavidan Ramiz çıxıblar.

O, aparıcının hamı ilə kobud danışdığını deyib:

“İlhamə xoşlayır ki, iştirakçını insanların içində sındırsın. O, peyğəmbər kimi Uranın da dünən xətrinə dəydi. Uran ona əl uzatdı, o, isə əlini boşda qoydu. Mənə də dünən sifət elədi. Evində problem var idi, yaxınlaşıb soruşdum ki, vəziyyət necədir? Mənə tonla dedi ki, bilmirəm. Sən kimsən ki, mənə sifət edirsən?”.

Bədəlova cavabında “Hirsli olmuşam” deyib. Müğənni isə əsəbiləşərək “Hirsliyəm”, “Ürək getməm var” kimi sözləri yığışdırın. Mən də evdə uşaq qoyub gəlmişəm, ürəyim partlayır”, – söyləyib.