Samir Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Novruz Məmmədov isə Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilib.

Minval.İnfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün bu qərarlar barədə sərəncam imzalayıb.

Sərəncamların hər biri imzalandığı gündən qüvvəyə minir.