Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.