Prezidentin vəzifə verdiyi Fərid Cəfərov kimdir?

Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

Minval.İnfo-nun məlumatına görə, Fərid Tahir oğlu Cəfərov Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, F.Cəfərov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışıb.