Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Prezident İlham Əliyevin sərəncamı ilə nazir İnam Kərimova yeni müavin təyin edilib. İ. Kərimovun yeni müavini nazirliyin Hüquq Şöbəsinin müdiri İlhamə Qədimovadır.

Nazirlikdən faktı BakuPost-a təsdiqləyiblər. Bir neçə dəqiqə əvvəl o, kollektivə təqdim edilib.

Məlumat üçün bildirək ki, İlhamə Qədimova Kənd Təsərrüfatı Nazirliyindən əvvəl ASAN Xidmətin Hüquqi təminat şöbəsinin müdiri olub.