Prezident İlham Əliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, kitabxananın 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkminləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Əliyeva Mədinə Talış qızı

Həsənova Sənübər Abdulqafar qızı

Quliyev Oruc İslam oğlu

Musayeva Xalidə Məmmədəli qızı.