Hansı nazirliklərə təyinat olmadı?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Minval.İnfo xəbər verir ki, hökumətin tərkibi haqqında sərəncama əsasən, bəzi nazirliklərə təyinat həyata keçirilməyib.

Bu nazirliklərə Gənclər və İdman, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Müdafiə Sənayesi, Mədəniyyət Nazirlikləri daxildir.