Dünən ölkə çempionatının klublarında, eyni zamanda millidə forma geyinən futbolçulardan bir neçəsi ilahiyyatçı Şahin Həsənli ilə görüşüb.

Minval.info xəbər verir ki, onlar “Məşədi Dadaş” məscidinin axundu ilə söhbət ediblər. Konkret hansı mövzu ətrafında müzakirələrin aparıldığı barədə məlumat verilməyib.

Çay süfrəsi təşkil edilib və sonda Ş.Həsənli ilə futbolçular xatirə şəkli çəkdirib. Onlar həmçinin din xadiminə futbol forması hədiyyə ediblər.

Görüşə gələn oyunçular arasında millinin və “Neftçi”nin şərəfini qoruyan Ruslan Abışov və Emin Mahmudov da olub. Onlarla yanaşı, Şəhriyar Rəhimov, Elxan Cəbrayılov, Eşqin Quliyev, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Şehriyar Əliyev, Anar Həsənov, Pərvin Paşayev ilahiyyatçı ilə bir araya gəlib.

Minval.info