Image result for prezident nazirlər iclas

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə baş nazirin 4 müavini təyin olunub.

Minval.İnfo Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bunlar Yaqub Eyyubov, Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbovdur.

Qeyd edək ki, sabiq vitse-premyerlər İsmət Abbasov, Abid Şərifov və Xalq yazıçısı Elçin (Əfəndiyev) bu dəfə kənarda qalıblar, əvvəlki vəzifələrinə təyinat almayıblar.

Hacıbala Abutalıbov isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılaraq, baş nazirin müavinlərindən birinin yerinə təyin olunub.

Bu yerdə xatırladaq ki, H.Abutalıbov ikinci dəfədir vitse-premyer postuna yiyələnir.

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Suraxanı rayonunun icra başçısı işləyən H. Abutalıbov sonra eks dövlət başçısının sərəncamı ilə bir müddət baş nazirin müavini işləmiş, sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Eyni zamanda, qeyd edək ki, Elçin humanitar sahəni, İsmət Abbasov kənd təsərrüfatı sektorunu, Abid Şərifov fövqəladə hallarla bağlı sahəni kurasiya edirdi.