Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  “VAZ 2106” və “VAZ 2107” markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.