Rusiyanın Ryazan vilayətində iki gənc oğlan mərc görə qonşu qadını zorlayıb.
Bununla bağlı “Rossiya-24” Rusiya hüquq mühafizə orqanlarına istinadla məlumat verib.
Polis isti izlərlə qadını zorlayan Ryazan rayonu Spasskov kəndinin sakinlərini saxlayıb.
Gənclər qonşunu zorlamaq üstündə mərcə giriblər. Onu birinci zorlayan şəxs isə beş min rubl qazanacaqdı.
Onlar qapını qırıb və evə daxil olublar. Şübhəli şəxslər növbə ilə qadına təcavüz edib və hadisə yerindən qaçıblar.
Onlara qarşı “Zorlama” maddəsi ilə cinayət işi başlanılıb. Günahları sübuta yetirilərsə, onları 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
///Oxu.Az