Mütəxəssislər oruc tutanların mütləq imsakda qidalanmalı olduqlarını bildirərək iftarda yeyilən yeməklərin imsakda yeyilməməsi lazım olduğunu söyləyib.

Moderator.az xəbər verir ki, oruclu olunan müddətin uzun olması səbəbi ilə imsakda faydalı qidaların qəbul edilməsinin vacibliyini bildirən mütəxəssislər “İftarda yediyiniz yeməkləri imsakda yeməyin. İftar üçün hazırlanan yeməklər duzlu və yağlı olur. Buna görə də, bədənin rahatlandığı gecə saatlarında orqanizm daha çox yorular və artıq çəki alar” deyərək oruc tutanlara xəbərdarlıq ediblər.