Hər həftənin bazar günü faceook səhifəmiz üzərindən yayımlanan “Sualım var” verilişində tanınan gənc similar qonaq olacaq. Minval.İnfo-nun canlı yayımının ilk qonağı viner Hüseyn Əzizoğlu olub.

Həm əməkdaşımızın, həm də canlı yayımı izləyən sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran H.Əzizoğlu maraqlı fikirlər səsləndirib.

Həmin müsahibəni həm yazılı, həm də video görüntü şəklində sizlərə təqdim edirik:

Qız və “Niva” söhbətləri nə qədər davam edəcək?

  • Bilirsiniz, mənim elədiyim hər bir hərəkət bəzi insanlarda qıcıq yaradır. Nivanın vine çəkməyə nə əlaqəsi var? Sabah mən başqa maşın da sürə bilərəm. Qızlara qaldıqda isə, tələbat budur. Mənim videolarımın baxış sayına baxın, ailə-məişət mövzusunda, dostlar arasındakı söhbətlərdən çəkilən videolara baxın, bir də qızlarla olanlara… Aralarında yerlə göy qədər fərq var. Qız çəkilən videolar “Youtube”, “İnstagram”, “Facebook” üzrə ümumi 2-3 milyon baxış gətirir, adi çəkdiyimiz isə milyon yarım-1 milyon… Buradan bəlli olur ki, insanlar daha çox nə istəyirlər.

Axı, qız mövzuları olanda şərhlərdə çox tənqid edirlər…

  • Əgər insan nəsə bir iş görürsə və həmin insanı tənqid etmirlərsə, o insan doğru yolda deyil.

Həddindən artıq deyil bu tənqidlər?

  • Videoma baxan 2 milyon insan içərisindən 100 min məni tənqid eləsə, mənim üçün heç nədir. Əgər 2 milyonun hamısı məni tənqid eləsə, mən özümdə düzəliş edərəm.

Özün də dedin ki, artıq nə etsən qıcıq yaradırsan. Məsələn, əvvəl də xaricdə və bizdə formatlı vinelar çəkirdin və bizim cəmiyyətdə olan nələri isə tənqid edirdin, bu gün də eyni formatda çəkirsən. Amma indi bu tip videolarına da yazırlar ki “bu nədi çəkmisən?”

  • Elə bilməsinlər ki, onlar yazırlar, Hüseyn də cavab vermir. Cavab verməyə bilərəm, çünki cavab verərək özümü “dırnaq arasıların” səviyyəsinə salmaq istəmirəm. Amma tənqid edənlərə baxıram ki, hamısı eyni adamlardır. Bəlkə də bu insanlar mənim ən böyük fanatlarımdır. Mən bir insana nifrət eləsəm onu bloka ataram elə həyatımdan çıxararam ki, yolda da rastlaşmaram.

Çox adamı blok edirsən?

  • Bəli. Xeyr, heç kimi blok eləmirəm. Mənfi rəy yazanları isə heç eləmirəm. Bilirsiniz niyə? Onun bir şərhi mənim videomun bir daha gündəmə gəlməsidir. Mən onlardan bəslənirəm. Buyursunlar nə qədər istəyirlər, tənqid eləsinlər. Məni tənqid etmələri mənim üçün xoşdur. Anti-reklam kimi yaxşı reklam yoxdur. Mənim vecimə deyil, nə qədər istəyirlər yazsınlar.

Səninlə bağlı siyası məsələlər də gündəmə gəlir. Hazırda siyasi baxışın nədir?

  • Mənim siyası baxışım, tam açıq-aydın ortadadır. Əvvəllər müxalifət dəstələrinin yanında yer alırdım, indi iqtidar tərəfdəyəm. Bunu normal qarşılamırlar. Məsələni elə şişirdirlər ki, sanki müxalifət lideri gedib iqtidara qoşulub. Bəlkə bunu o qədər gündəmə gətirməzdilər.

Bir də mənə deyirlər ki, dili pəltək qızla vine çəkir. Bir insanın məhdudiyyətli ələ salmaq düzgün deyil. 1-2 günə fiziki məhdudiyyətli insanlarla vine çəkəcəyəm. Onlar mənə qarşı nə ilə gəlirlərsə, mən onun 5 qatını edəcəyəm. Onlar deyir Niva sürür, mən hətta ikinci Nivamı da almaq istəyirəm.

Axırıncı dəfə nə vaxt hansı kitabı oxumusan?

  • Kitab oxumaqla aram yoxdur. Əvvəllər oxuyurdum. Ən çox xoşuma gələn kitab “Pinin həyatı” olub.

İndi niyə oxumursan?

  • Düzü, vaxtım yoxdur.

Əlixana cavab videosu çəkəcəksən?

  • Loru dildə deyim söhbət “obşaka” atılıbsa mən niyə üzərimə götürməliyəm. Nə çox vine çəkən, nə çox Niva sürən.

Bir məkandan çəkdiyin vineda guya ofisiant çay verir, çayın başına min cür oyun açır. Həmin məkanın rəhbərliyi demədi ki, axı bizi yaxşı reklam etmədin.

  • Mən orada cibində 5-10 manat olub, ofisiantı əzənləri tənqid etmişəm. Özüm də ofisiant işləmişəm, kimsə məni qıcıqlandıranda çayın içinə tüpürüb gətirib qabağına qoymuşam.

Vine çəkməzdən əvvəl başqa hansı işlərdə çalışmısan?

  • 12-13 yaşımdan dükanda satıcı, kartof-soğan satılan yerdə, çayxanada, kafedə işləmişəm. Televiziyada montajçı və operator, reportyor kimi işləmişəm.

Stabil gəlirlərini rəsmiləşdirib vergi ödəyirsən?

  • Bəli, kartıma pul oturmamış artıq vergi tutulur.

Videolarında qeyri-etik ifadələrdən çox istifadə edirsən. Sənə uşaqlar da baxır.

  • Problem onların özündədir ki, balaca uşağın əlinə telefon verirlər. Sonra da bizi tənqid edirlər ki, mənim uşağım sənin videolarından o sözləri eşidir. Birinci elə sizi tənqid eləmək lazımdır ki, azyaşlının əlinə niyə telefon verirsən?!

Sən özün neçə yaşında “facebook”a girmisən?

  • 15 yaşımda girmişəm, istədiyim videoya da baxmışam. Mənim ailəm, dayım, əmilərim girib heç kəsib videosuna yazmayıb ki, mənim dayıoğlum, bacıoğlum bu videoya baxır. Çünki günah onların özündədir ki, mənim 15 yaşımda niyə mənə icazə verirdilər gedim internet kluba.

Hər əs səndən maarifləndirici ya da tənqid edici videolar gözləyir. Niyə çəkmirsən bu mövzularda?

  • Bu gün, maarifləndirici video çəkən o qədərdir ki. Mən çəksəm deyəcəklər özünü filankəslərə oxşadır.

Deyirlər ki, vinelarının gündəmdə qalmasına səbəb qızlardır. Əvvəl yumor vardı, indi isə yarıçılpaq qızlar..

  • Biz bu gün Avropalaşmaqdan danışırıq. İstəyirik fikirlərimiz xaricdəki kimi olsun. Türkiyədə olan kinolara baxın və eyni ssenarini bizdə çəkin. Burda bilirsiniz nə olar?

Avropalaşmaq elə ancaq yarıçılpaq qızlardır?

  • Bəs, biz nədən çəkək?

İzləyicilər təklif edir ki, maarifləndirici düşündürücü nəsə çəkəsən.

  • Sizi inandırım ki, mən bu gün nə çəksəm deyəcəklər ki, çəkə bilmir. Mən əminəm ki, tənqid edəcəklər.

İndiki halda da tənqid edirlər. Bəlkə yoxlayasan, qoy bu dəfə də maarifləndirici videoya görə tənqid etsinlər.

  • Yoxlayan deyiləm, mən onların dedikləri ilə oynayan adam deyiləm. “Zakaz” götürmürəm.

 

Səni tənqid edən hər kəs, səndən maarifləndirici nələrsə gözləyir

  • Mən bəyəm, maarif ağacıyam? Hər kəs də deyir uşaqlar baxır. Mən belə bir çıxış etmişəm ki, ancaq uşaqlara xidmət edirəm? Məni tənqid edənlər problemi 14 yaşındakı uşağın əlinə telefon verən ailədə axtarsınlaar. Söyüşlü videolara yazırıq ki, 18+.

Bəlkə söyüşləri necəsə gizlədəsən?

  • Ən axırıncı dəfə 2 ay əvvəl söyüşlü video çəkmişik. Söyüş dediyi ara sözlərdirsə, xalqın içindən olsun deyə işlədirik. Buna da söyüş kimi baxırlarsa daha mən nə deyim?

Qəlyan, çayxana, klub qızları bu mövzularda çox çəkirsən axı

  • Çünki bizim xəmirimiz orda yoğurulub. Həftəsonu çayxanalarda oturmağa yer tapa bilməzsən. Çayxanada oturmayan insan yoxdur. Yazanların özü bütün günü çayxanadan çıxmayan adamlardır. “İnstagram”a girəndə pozitiv oluram, amma “Facebooka”a girəndə aqressiv, pessimist biri oluram, gedib özümü öldürmək istəyirəm. “Facebook”a yazırlar ki, içi mən qarışıq ölkədə nə qədər problem var. Mən də probleməm. Niyə özlərində də axtarmırlar bu problemi? Hər şeyə aqressiv yanaşırlar. Deyirlər ki, “Bu niyə bunu belə elədi?” Yaxşı, qardaşım, mən çəkə bilmirəm, gəl sən çək, like eləməyən…

Çəkənləri bəyənirlər..

  • Atsınlar da məni bloka onda, baxmasınlar. Mən belə biriyəm. Kimsə mənə nəsə deyə bilər?

 

Bu vine, videbloggerlik də bir gün dəbdən düşəcək. Amma sənət, istedad hər zaman səni gündəmdə saxlaya bilər. Aktyorluğunu inkişaf elətdirə bilərsən də təhsil almaqla

  • Mən aktyor olub, sonra viner çəkən olmamışam. Əvvəlcə vine çəkmişəm, sonra İlham Qasımov məni “Oğlan evi 2” filmi ilə aktyor edib. Aktyorluqdan videbloggerliyə gəlsəm, deyərdim ki oxuyum, birdən bu nə vaxtsa ölsə öz sənətimə qayıdaram. Birinci blogger olmuşam, sonra aktyor. Mən sizə vaxt deyim? 2 ildən sonra vine deyilən bir şey qalmayacaq. Onda da ən xod gedən “Youtube” olacaq. Mənə bu günləri çox kino təklifi gəlir. Amma rejissorunu, ssenaristini tanımıram. Ssenari ilə tanış oluram, görürəm ki, bu bizim xalq üçün, mentalitet üçün çəkilən bir film deyil, bu film tutmayacaq. 5-10-15 min civarında pul təklif edirlər, amma çəkilmirəm. O pula görə özümü yandırmaq istəmirəm.

 

Bu gün filmdə Bozbash Pictures”di ancaq. Başqa fimlərdə görürsən ki, yeni simalar, internetdə məşhur olanlar da var. Amma film o deyil, 1 dəqiqəlik vine videosunu 1 saat edib çəkiblər ki, filmdir, bax. Məni tənqid edənlər getsinlər, o filmləri də tənqid eləsinlər. Mövzular da eynidir, 2-3 adam guya səhv düşür gəlir mafiyadan pulu götürüb qaçır. Polislər düşür mafiyanın, mafiya düşür bu adamların dalınca. Axırda da xoşbəxt sonluq olur. Bizim filmlərin süjet xətti ancaq budur. Çoxu da plagiatdır.

 

Onları da çox tənqid edirlər. Hamısı da deyir ki, kütlə bunu tələ edir. Kütlə də hər dəfə deyir ki “vallah bunu istəmirik”

  • Yox, kütlə bunu tələb etmir. Kütlə bunu istəsə, film əməlli pulla çıxar kinoteatrdan. “Bozbash”dan başqa kassa vuran yoxdur. Bir də “Pərdə filmi var, birincisinə “Youtube”dən baxmışdım. İkincisi üçün lazım olsa qaça-qaça gedib baxardım. Hesablasan heç min manat büdcəsi yoxdur, çəkilişi də qeyr-peşəkardır. Amma çox səviyyəli filmdir. Ara məhəllədə ki sözləri, söyüşləri, evin içində edilən söhbətləri elə gətirib çıxarıblar ki, o kino adama doğma gəlir. Yoxsa Azərbaycanda mafiya var? Pul oğrusu var? Mən Azərbaycanda olmayan şeyləri çəkmirəm.

Plagiat film dedin, amma plagiat vine çəkdiyin olmayıb?

  • Rusiyada, Türkiyədə çəkilən bir mövzu olub, bizim cəmiyyətdə olduğu üçün mən də çəkmişəm. 100 videodan biri plagiat olar, amma bizim filmlərin 99 faizi plagiatdır. Mən heç kimdən qorxmuram bunu deyirəm.

Vinelar birlikdə videolar çəkirlər. Sən isə ancaq Mənsurla çəkmişdin bir dəfə. Ondan sonra da görünməyib ki, sən hansısa vinerla ortaq video çəkəsən. Aranızda nəsə problemlər var?

  • Yox nə problem ola bilər ki? Salamımız var, hərdən zəngləşib, çay içməyimiz var. Nəsə bir problem çıxanda hamımız bir-birimizə qabaqcadan xəbərdarlıq da edirik. Hamımız eyni adı daşıyırıq. Kiminsə adına xələl gələndə hamımıza təsir edir.

Konkret kimləri nəzərdə tutursan?

  • Ümumi.

Danışmadığın, düşmən olduğun kimsə var bəs?

  • Mənim düşmənim yoxdur. Mən onları özümə rəqib görmürəm.

Bəs kimləri həvəslə izləyirsiniz?

  • Mən heç kimi tənqid eləmirəm. Artıq mən kinoları tənqid edirəm, rejissor işinə, səhvlərə-düzlərə baxıram. Vine çəkənlər hamısı dostlarımızdır. Videobloggerlər artıq qruplaşıblar. Amma mən həmişə təkəm. Mənim yanımda heç bir videoblogger yoxdur. Mənim ətrafımda vine çəkən olmamalıdır.

Onların məşhurlaşıb səni keçməsindən qorxursan?

  • Elə bir şey yoxdur. Sadəcə istəmirəm ətrafımda olsunlar. Məni vinerlarla bir filmə çağırmışdılar, getmədim.

Biraz siyasətçi kimi davranıb, ad çəkmədən sualdan qaçdın. Onda biz adlar soruşaq. Elvin İbranı izləyirsənmi?

  • Videoları qarşıma çıxır. “Facebook”da dostluğumda var, amma “İnstagram”da ancaq ailəmi, dostlarımı izləyirəm. Hansısa vinerin məni izləməsi mümkün deyil. Mən onları izləmirəm, onlar da məni, ancaq dostuq.

Vinedakı qızları necə tapırsan?

  • “Azizoğlu group” var. 40 nəfər çalışır. Qızlar ora müraciət edirlər. Baxırıq, şəkillərini mənə göstərirlər.

Azərbaycanda ən yaxşı videoçəkən olduğunu deyə bilərsən?

  • Bunu mən deməyəcəyəm, amma baxış sayından hər şey bəlli olur.

Hər şey baxış sayıdır?

  • Bəli, hər şey reytinqdir. Bir insan yaxşı çəkməsə niyə onun baxışı olsun?

Niyə usta qələmlərə müraciət etmirsən?

  • Bunu nəzərə alacam. Sonda demək istəyirəm ki, bu gün mənə niyə inanları maarifləndirmədiyimi deyirlər. Sanki insanlar mənim çəkdiklərimlə maariflənəcək. Mən çəkmirəmsə guya heç kim maariflənməyəcək. Biz Sabirin atılan bir dırnağı da deyilik, şəxsən mən ola bilmərəm. Onun yazdıqlarını oxuyanda adamın tükləri biz-biz olur. Əgər o, o dövrdə də, indi də bəzi insanları maarifləndirə bilməyibsə, mən bundan sonra 300 il də yaşasam, o qələti edə bilmərəm.

Dəniz Kərimzadə

Minval.İnfo