“Maşın” şounun əməkdaşları vayner Hüseyn Əzizoğlunun ailəsi ilə görüşüb.

Minval.İnfo xəbər verir ki, vaynerin nənəsi, anası, əmisi, dayısı və xalası kamera qarşısına keçərək Əzizoğlu haqqında fikirlərini bölüşüblər.

Anası Elnarə Baxışova deyib ki, oğlu üçün darıxıb:
“Əjdaha sənətkarla yarışdı. Bəzən özündən çıxır. O maşını udmasa da, şouda olması onun uğurudur. Hüseyn üçün darıxmışam. Ona uğurlar arzulayıram”.

Nənəsi Nazilə isə Hüseynin ağıllı uşaq olduğunu deyib: ” Hüseyn çox ağıllı və dərrakəlidir. Bu yerə öz əziyyəti ilə gəlib. Ona səs verənlərə təşəkkür edirəm”.

“Hüseyn ağıllıdır. O çoxunu susuz aparıb, susuz gətirər. Onu aldatmaq asan deyil”- deyə dayısı bildirib.