“Maşın” şouda baş verən hadisə iki gündür müzakirə edilir.

Minval.info xəbər verir ki, ötən gün viner Hüseyn Əzizoğlu müğənni Abbas Bağırovu çıxarması qalmaqala səbəb olub.

Yarışı tərk edən Abbas Hüseyn barəsində, “O Rozaya “mama”, mənə də “papa” deyirdi” işlətdiyi cümlə sosial şəbəkələrdə trendə çevrilib.

H.Əzizoğlu bununla bağlı bu günkü şouda açıqlama verib. O, bildirib ki, Abbas efir arxasında aralarında olan zarafatı efirə çıxarıb: “Biz gündüzlər darıxırıq. Buna görə də, öz aramızda teatr qururduq. Mən Rozaya “mama”, Abbasa “papa” dediyim kimi, o da Aytənə “qızım” deyirdi. Mətanət xala, Aytən bibi və s. Bu, öz aramızda olan zarafatdır. Abbas isə həqiqət kimi efirdə səsləndirdi. Camaat da sosial şəbəkədə söyür, tənqid edir”.

Ətraflı videoda: 

Minval.info