Türk kinematoqrafiyası üçün xüsusi çəkisi olacaq “Kərbala” filmi üçün hazırlıqlar başlanıb.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, İmam Hüseynin Kərbəlada şəhid olmasını canlandıracaq filmdə Hollivudun iki ulduzu – Mel Gibson və Morgan Friman rol alacaq.

“Eşqin şəhidi” adlı roman əsasında çəkilən filmdə Mel Gibson Yezidin ordusunda olsa da, daha sonra İmam Hüseynin tərəfinə keçən Hürr ibin Yezid obrazını ifa edəcək.

Oskar mükafatlı Morgan Fremanın isə Şəmun rolunda görüləcəyi iddia edilir.

Bu ilin noyabrında çəkilişləri başlanacaq ekran işində Məhəmməd Peyğəmbərin üzü isə görünməyəcək.

Damla / Minval.info