Bəzi silahların tarixi dəyəri, qiyməti var. Bir çox insanlar üçün tapança sadəcə özünü müdafiə üçün lazımdır. Amma elə tapançalar da var ki, onun qiyməti yoxdur.

Oxuculara dünyanın ən bahalı tapançalarının siyahısını təqdim edirik:

Adolf Hitlerin “Valter”i

Qiyməti- 114 min dollar

Qızıl ilə örtülü 7.65 mm-lik “Valter” tarixin ən qanlı liderlərindən biri, Hitlerə məxsus olub. Hərracda naməlum alıcı bu tapança üçün 114 min dollar ödəyib.

Sonra isə dəfələrlə əl dəyişdirib.

1939-cu ildə Hitlerin 50 yaşı tamam olur. Ona Valter ailəsi bu tapançanı hədiyyə edir. Bir çoxları iddia edir ki, Adolf bu tapança ilə 1945-ci ildə bunkerdə özünə qəsd etmək istəyib. Amerikalı bir əskər fürerin ölümündən bir neçə ay əvvəl ələ keçirib. Hitlerin evinə soxulan əskərlər fil sümüyündən dəstəyi olan tapançanı və bir çox əşyanı stolun siyirməsində tapdılar. Hitler isə bu vaxt bunkerdə idi.

Uayyet Erpin “Kolt” tapançası

Qiyməti- 225 min dollar

Vəhşi Qərbi Amerikanın əfsanəsi Uaeyyet Erpə məxsusdur. O, Arizonadakı Tumstoun şəhərinin şerifi idi. Qumarda uduzur, öküz ovuna çıxır, bərbər dükanı və digər obyektlərə sahib idi.

Tapança ötən il 225 min dollara hərracda satılıb. Bu tapançadan bir çox əfsanəvi duellərdə istifadə edilib.

Cessi Ceymsi öldürən revolver

Qiyməti- 350 min dollar

1880-ci illərdə Missuri ştatında Amerika tarixinin ən bədbəxt qulduru bank, qatar və poçta hücum etməyə hazırlaşırdı. Ceyms Qan Kanzas və Missurini 20 il qorxuda saxlayıb. Amma bəzi uğursuz oğurluq cəhdlərindən sonra dəstə dağılmağa başlayır. Missuri ştatının qubernatoru Bob Ford Cessinin başına vurduğu güllə ilə söhbəti nöqtələdi.

Teodor Ruzveltin qoşalülləsi

Qiyməti- 862.500 dollar

Teodor Ruzvelt ov həvəskarı idi. Məlumdur ki, ov onun həyatında çox önəmli yer tuturdu. Ruzvelt 1909-cu ilin mart ayında bir illik Afrika ekspedisiyasına yola düşür və eyni ayda Ağ Evi tərk edir. 13 ay ərzində 11.400 heyvan öldürür. Onun öldürdüyü heyvanlar arasında fil və 6 ədəd ağ kərgədan da olub. Bu silah “Fox Gun Company” tərəfindən Ruzvelt üçün prezident dövrü başa çatanda istehsal edilib.

Simon Bolivarın tapançası

Qiyməti- 1.687.500 dollar

Dünya tarixinin vacib fiqurlarından olan Simon Bolivar Kolumbiya, Panama, Venesuela, Ekvador və Boliviyanın ispan işğalından xilası üçün mübarizə aparıb. Latın Amerikasının banisi sayılır. Bolivar vərəm xəstəliyindən əziyyət çəkirdi. Hər zaman qətlə yetirilmə təhlükəsi ilə yaşayıb. Bu iki tapança ona məxsus olub.

Corc Vaşinqtonun tapançası

Qiyməti- 1.986.000 dollar

Riçard Mellon fondu tərəfindən 2002-ci ildə bu qiymətə satılan tapança Amerikanın müstəqilliyi uğrunda inqilabi mübarizədə məşhur olub. Amerika tarixinin ən vacib odlu silahıdır.

Corc Vaşinqton müstəqillik uğrunda aparılan mübarizə vaxtı bu tapançalardan ayrılmayıb. Tapançalar isə sonradan ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun əlinə düşüb.

Linkolnu öldürən tapança

Qiymətsizdir

6 düymlük irikalibrli tapança hazırda “Ford’s Theatre National Historic Site”da saxlanılır. Cəmi bircə dəfə 1800-cü illərdə Con Uilks But bu tapança üçün 25 dollar ödəyib.

But Avraam Linkolnu teatr lojasında 1865-ci ilin 14 aprel tarixində bir güllə ilə qətlə yetirib. Güllə prezidentin başına dəydikdən sonra But silahı ataraq səhnəyə tullanıb və aradan çıxmağa çalışıb. Hərbi nazirlik bir neçə nəsil bu tapançanı maddi sübut kimi saxlayıb.

“Ölkə.Az”