Hindistanda dəhşət

Hindistanda yaşayan 26 yaşlı Jata Devi adlı qadının başına dəhşətli hadisə gəlib.

“Ölkə.Az” xəbər verir ki, müəyyən problemləri olan qadını xəstəxana əvəzinə cadugər yanına aparıb. Cadugər isə “bunun içinə şeytan girib” deyərək qadının dilini və dodağını dağlayıb. Bəxtsiz qadının vəziyyəti daha da ağırlaşdığı üçün bu dəfə xəstəxanaya aparılıb.

Cadugər isə qadının dilini və dodağını qızmar dəmir parçası ilə dağlayaraq qadının içindəki şeytanın ruhunun çıxacağını bildirib.

Xəstəxanaya aparılan qadına həkimlər müdaxilə ediblər. Onun psixoloji problemləri olduğu üçün polisə məlumat verilib. Polis Jayram Bhat adlı cadugəri saxlayıb.

Həkimlər isə qadının 10-15 günə sağalacağını bildiriblər.

Minval.İnfo