Rədd olun! Əl çəkin məndən! İstədiyimi geyinirəm, könlüm istədiyi kimi də gönürürəm!

Başı açıq qadın “Nə üçün hicablı deyilsiniz?!” sualı ilə ona yaxınlaşan “əxlaq polis”lərinə belə cavab verib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İranın paytaxtı Tehran metro stansiyasının “Darvaze Doulat” stansiyasında yaşanıb.

İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən “Gəşte Erşad”ın 3 qadın əməkdaşı stansiyanın platformasında duraraq qatarı gözləyən qadına yaxınlaşıblar. Üç qadın polis bu xanımdan nə üçün başında hicab olmadığını soruşublar. Daha sonra isə qadına qaydaları pozduğu deyilib.

Başıaçıq qadın da sinirlənib.

“Nə istəsəm, onu da geyinəcəyəm. Siz kimsiniz mənə irad tutursunuz?! Bəlkə valideynlərimsiniz?!” qışqıran qadın “Gəşte Erşad”ın qadın əməkdaşlarından birinə təpik vurub.

VİDEO EMBED