Tovuzda mənzil qarət olunub. Evdən xeyli miqdarda qızıl zinət əşyası oğurlanıb. Zərərçəkən polisə müraciət etsə də cinayətin üstünün açılmamasından narahatdır.

ARB TV xəbər verir ki, Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Sənubər İmamquliyevanın yaşadığı mənzildən oğurluq olub.

Hadisədən əvvəl özünə və ailə üzvlərinə məxsus qızıl zinət əşyalarını otaqdakı yataq dəstinin altına qoyub. Bir neçə gün sonra qadın qızılları qoyduğu yerdə tapmayıb. Gözlərinə inanmayan zərərçəkən hadisə barədə polisi məlumatlandırıb.

Sənubər İmamquliyeva – Zərərçəkən: “5 üzükdür. İkisi mənə aiddir. Biri qalın digəri göy qaşlı komplekt üzüklərdir. Qızımın boyunbağı, bir bilərzik, klonu bir də üzüyü olub. Birdə balacanın tross boyunbağı və üzüyü, oğluma aid klon olub”.

Zərərçəkən iddia edir ki oğurlanan qızıl zinət əşyalarının dəyəri bir xeyli yüksək olub. Ailə onlara mənəvi və maddi ziyan vuran şəxsin tapılmasında israrlıdır.

Sənubər İmamquliyeva – Zərərçəkən: “Tələbim mənim qızıllarımdır. Öz qızıllarım tapılsın. Başqa tələbim yoxdur. Heçkimlə düşmənçiliyim də yoxdur”.

Tovuz rayon polis şöbəsindəndə bildirildi ki zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbiləri davam etdirilir. Hələlik iş üzrə saxlanılan yoxdur.