100-dən çox ölkənin pulunu toplayan Qazax sakini Rəşad Əhmədov bu işə 11 yaşından başlayıb.

Minval.İnfo xəbər verir ki, gözoxşayan kolleksiyada 1000-dən çox metal 400-dən çox kağız pullar yer alır. Rəşad bütün nominalları səliqə ilə bir neçə alboma düzüb. Kolleksiyada çoxluq təşkil edən metal pullardır ki, bunların da əksəriyyəti Sovet qəpikləridir.

Həmçinin, digər ölkələrdən də xeyli sayda metal pullar var.  Rəşad Əhmədovun kolleksiyasına, əsasən, 19-cü əsrdən bəri buraxılan pullar daxildir. Dünyada az sayda olan 2 dollardan biri də məhz ondadır.

Dahi şairimiz Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunan metal qəpik, “QAZ” markalı avtomobilin buraxılış ilinə həsr olunan qəpiklər də var. Kolleksiyaçı topladığı pulları heç nəyə dəyişməyəcəyini və bundan sonra da yeni pullar axtarışında olacağını deyir.

Hazırda Rəşad yeni tikdirdiyi evində kolleksiyası üçün guşə də yaradıb. Ən böyük istəyi isə kolleksiyasını sərgidə nümayiş etdirməkdir.

Cümşüd Məmmədov

Minval.İnfo

v