Mobil telefonlar, eynəklər, cürbəcür paltarlar...

Xezerxeber.az-ın məlumatına görə, bütün bunlar İstanbulun hava limanlarında itən və unudulan əşyalardır.

Aviasiya qanunlarına görə, hava limanlarında və təyyarələrin içində unudulan əşyalar 1 il müddətində sahiblərinə qaytarılmaq üçün “itən əşyalar bölməsi”ndə saxlanılır. Bu müddətdə sahiblərinin götürmədiyi əşyalar tenderlərlə satışa çıxarılır.

Aziz Kormaz ailəsi də 1999-cu ildən bu işlə məşğuldurlar.

Sərnişinlər hava limanlarında unutduqları əşyaları sonradan gəlib Aziz Kormazın mağazasından əldə edirlər.

Buradakı əşyalar digər mağazalardan xeyli ucuz təklif edilir. Ona görə də yetərincə müştərisi var.

Mağazadakı əşyaların çoxluğu onu deməyə əsas verir ki, dünyada baqajlarını unudan sərnişinlərin sayı kifayət qədərdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: