Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iternet üzərindən yayımlanan verilişdə qarşı-qarşıyadır.

Minval.info xəbər verir ki, debatda son zamanlar Azərbaycan prezidenti İlham Əliyevin apardığı islahatlar, buna hər iki cəbhədə olan münasibətlər, eləcə də son aylar müxalifətin fəallaşması, müxalifətin mitinqlərinə icazə verilməməsi kimi mövzular və müxalifət cəbhəsindən iqtidara yönəlmiş ittihamlar müzakirə olunur.

Söhbət zamanı eyni zamanda iqtidarın uğurlarının, müsbət addımlarının müxalifət tərəfindən qəbul edilməməsi, bunun səbəblərinə də toxunulur. Canlı yayımda çıxış edən Hafiz Hacıyevə ünvanlanan sual onu bir qədər əsəbiləşdirib. O, özünəməxsus tərzdə buna cavab verib. Belə ki, H.Hacıyevə “müxalifət saytlarına pul ayırırsınız” iddiasına siyasətçi ayaqqabısını çıxarıb nümayiş etdirməklə aydınlıq gətirməyə çalışıb.

“Bunlar hamısı trolların uydurduğu təxribat xarakterli fikirlərdir. Mənim pulum olsaydı, özümə kostyum alaram. Belə ayaqqabı geyərdim? (ayaqqabısını ayağından çıxarıb göstərir – red.) 10 dənə yerdən buna tikiş vurulub” – deyə partiya sədri bildirib.

Verilişin gedişatında Sərdar Cəlaloğlu zarafatla izləyicilərə “hərə bir ayaqqabı alıb gətirsin” söyləyib. Eyni zamanda tamaşaçılar da Hafiz Hacıyevə ayaqqabı alacağını qeyd edib.

Minval.info