Türkiyənin ulduz sənətçisi Hadisə gündəmdən düşmür.

“Dərgi.az”ın xəbərinə görə, sənətçi “instagram” hesabında paylaşdığı foto ilə qalmaqala səbəb olub. Belə ki, Hadisə təhqir hesab olunan orta barmaq işarəsini tutaraq foto çəkdirib və bunu öz hesabında paylaşıb.

Paylaşıma da, “Bəyənməyənlər fotonu yaxınlaşdırsın, onlara hədiyyəm var” başlığını da yazıb. Bu foto yerli mediada günlərdir müzakirə olunur. Müzakirələrdən sonra Hadisə daha bir paylaşım edib.

“Paylaşdığım fotonu “skandal” adlandıranlara sözüm var. Məni təhqir edənlərə niyə susursunuz? Sənətçi olmağım insan olmadığım anlamına gəlmir. Məni və ya başqa sənətçini təhqir edənlərə, “Belə şərh yazmağınız skandaldır” dediyinizi heç eşitmədim.

Bir az rahat olaq bəlkə? İnsanlar sosial şəbəkələri bu qədər ciddiyə almasa, əylənmək üçün edilənləri sorğulamasa, jurnalistlər sadəcə pis yox, yaxşı şərhləri də görüb xəbər yazsa çox gözəl olmaz? Mən əylənməyi və əyləndirməyi sevirəm. 2019-cu ildə daha çox güləcəyik”.