Almaniyada müalicə alan aparıcı Hacı Nuranın analizlərinin cavabı bəlli olub.

Bu haqda aparıcının köməkçisi musavat.com-a açıqlamasında məlumat verib: “Şişin bədxassəli olduğu məlum oldu. Analizlərin cavabına uyğun müalicələr davam edir. Nuran bəy özünü yaxşı hiss edir. Həkimlər əllərindən gələni edirlər. Bir ay sonra yenidən ətraflı müayinə olacaq”.

Qeyd edək ki, təzyiqi qalxdığı üçün xəstəxanaya yerləşdirilən Hacı Nuranın ağciyərində onkoloji şiş olduğu məlum olmuşdu.