“Victoria’s Secret”in mələklərindən olan Kandis Svenepol hər paylaşımı ilə sərvət qazanır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabında 12 milyon izləyicisi olan Kandis hər paylaşımından 70 min dollar əldə edir.

İllərdir “Forbes” jurnalının ən çox qazanan modelləri sırasında olan Svenepol 2003-cü ildə modelliyə başlayıb, 2010-cu ildən isə “Victoria’s Secret” ailəsinə daxil olub.

Qeyd edək ki, Herman Nikolidlə ailəli olan 29 yaşlı model 2 uşaq anasıdır.