Həkimlər Almaniya kansleri Angela Merkelin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı titrəməsinin səbəbini açıqlayıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, həkim-terapevt Natalya Ukleinanın sözlərinə görə, kanslerin vəziyyəti şəkərli diabet xəstəliyinin əlamətlərinə uyğundur. Belə ki orqanizm mikroelementləri itirdiyindən zəhərlənmə prosesi gedı bilər. Şəkər dərhal yüksəlir və bu da bədəndə quruluğun yaranmasına səbəb olur.

Belə vəziyyətlərdə insanlar hətta gəzə də bilmirlər. Bu cür epileptik tutmalar həyati əhəmiyyətli orqanlar üçün də təhlükəlidir. Hər şeydən əvvəl ürək və beyin qıcolması yaşanar ki, bu da şüurun itirilməsi ilə nəticələnə bilər.