“Anamı və bacımı itirəndən sonra il yarım efirdən uzaqlaşdım. Sonra psixoloji xəstələndim. Çox həkimlərə getdim, amma dərdimi bilmirdilər”.

Bu sözləri əməkdar artist Nüşabə Əlsəgərli “Şou ATV” verilişində deyib. Müğənni anasından və bacısından danışarkən göz yaşlarını saxlaya bilməyib.

Ələsgərli həmin hadisədən sonra bir çox xəstəlik tapdığını bildirib:

“Boğulurdum, başıma səs düşürdü. Bir də yemək udmaq qabiliyyətimi itirdim. Yeməyi çeyniyirəm, udmaq necə olur yadımdan çıxıb. Su, çay istəyirəm, amma içə bilmirəm. Nevroz oldum, zob yarandı”.

///Axşam.az