Sağ ayağı zədələnən müğənni Hadisə Almaniyada konsert proqramı ilə çıxış edib.

Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ayağına çəkmə, digərinə ortopedik ayaqqabı geyinən ifaçı başına gələnləri izləyiciləri ilə bölüşüb:

“Gördüyünüz kimi, ayağım zədələnib. Həkim səhnəyə çıxmağı qadağan etdi. Mən dedim ki, xahiş edirəm, mənə nə lazımdırsa,  edin, səhnəyə çıxmaq istəyirəm. Bəlkə tam olaraq çıxış edə bilmərəm, amma birlikdəyik və bu məni xoşbəxt edir. Çox acı çəkdim, neçə gün yatdım, çox pis hisslər keçirdim. Buraya gəldikdə, təşkilatçılar mənə çox yaxşı baxdılar. Özünü yaxşı hiss edirəm”.