UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezerlə Las-Veqasda döyüşməkdən imtina edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə H. Nurməhəmmədov özünün Instagram səhifəsində yazıb.

“Floyd, amma Veqas yox, onlar mənim pulumu vermək istəmirlər”, – deyə o bildirib.

Qeyd edək ki, H. Nurməhəmmədov Meyvezeri döyüşə çağırıb. Amerikalı boksçu bu çağırışa müsbət cavab verib və döyüş yeri kimi Las-Veqası təklif edib.

View this post on Instagram

@floydmayweather But no Vegas, they won’t pay my money.

A post shared by Khabib Nurmagomedov (@khabib_nurmagomedov) on