Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verdiyini elan edib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazir bunu ölkəni bürüyən etiraz dalğası fonunda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım…Mən həmişə komanda oyunçusu olmuşam. Bunu nəzərə alsaq, komandada müəyyən abu-havanın yarandığını görürəm. Ona görə, mənim vəziyyətimdə olan istənilən komanda başçısının qəbul etməli olduğu qərarı qəbul edirəm. Bu gün tutduğum vəzifədən istefa verirəm.” – deyə nazir bildirib.

Minval.İnfo