Gürcüstanda hava şəraitinin kəskin dəyişməsi ölkənin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb.

Minval.İnfo APA-ya istinadən xəbər verir ki, güclü yağış və külək elektrik enerjisi gərginliyinin aşağı düşməsinə səbəb olub. Nəticədə Rustavi şəhərinin elektrik enerjisi ilə təminatı dayandırılıb.

Gərginliyin azalması Tbilisi metrosunun da fəaliyyətinə təsir edib. Belə ki, metropolitenin Saburtalo xəttinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.