“Həyat yoldaşınla niyə şəkil paylaşmırsan?”, “Amerikaya niyə getdin?”, “Həmişəlikmi getdin, daha dönməyəcəksən?” tipli suallardan mən bezdim, amma siz bu sualları verməkdən bezmədiniz. Əşşi, sizə nə?!”

Minval.info publika.az saytına istinadən xəbər verir ki, bu sözləri aparıcı və bloger Günel Hümbətova sosial şəbəkədə yazıb. Qızı ilə bu yaxınlarda Amerikada yaşayan həyat yoldaşının yanına gedən G.Hümbətova şəxsi həyatına müdaxilə edən insanlara irad bildirib:

“Bakıda da olanda “Niyə Amerikaya qayıtmırsan?” sualları verilirdi və əminəm ki, Bakıya gələndə hamılıqla “Aaaa, niyə qayıtdın?” sualını verəcəklər. Rahat olun. Bu qədər “meraklı” olmayın. Lütfən… Bunlar subay qızlara “Niyə ərə getmirsən?”, artıq ərə gedənə “Niyə uşaq doğmursan?” sualı verən tiplərdir”.