Sabiq deputat Gülər Əhmədova “Lider” kanalında veriliş aparacaq.

Kult.az xəbər verir ki, keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.

Sabiq millət vəkili verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.

Lider TV-dən məlumat təsdiqlənib və bildirilib ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil:

“Hazırda verilişin anonsları hazırlanır”.

Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib. Lakin cinayət məsuliyyətinə cəlb olunması və həbsə düşməsi ilə bağlı deputat mandatından məhrum edilib.