Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.

Minval.info xəbər verir ki, şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edir. Vətəndaşlar açıq havada olarkən bu faktoru nəzərə almalıdırlar.