İnternetdən qaş üçün sifariş etdiyi krem İngiltərədə yaşayan Poppi Qasson adlı qadına baha başa gəlib.

Teleqraf.com xəbər verir ki, kremdən ilk dəfə istifadə edən qadın bu anları videoya çəkdikdən bir neçə dəqiqə sonra şok keçirib.

Çindən sifariş etdiyi kremin üzərindəki qeydləri Çin dilini bilmədiyi üçün oxumaqda aciz qalan Poppi kremdən istifadə etdikdən sonra 30 dəqiqə gözləyib.

Beləliklə, qaşlarını itirən qadın izləyicilərinin rəylərini oxuduqdan sonra isə sadəcə 5 dəqiqə gözləməli olduğunu öyrənib. Lakin iş-işdən keçib.

Məcburi də olsa yaranmış vəziyyətlə barışan qadın öz izləyicilərinə məsləhət verib: “Çindən aldığınız məhsullara diqqət edin. Xüsusilə Çin dilində bilmirsinizsə… Mənim vəziyyətimə düşmənizi istəmirəm”.