İşığa həssas molekulların fotoreseptorlara təsirini öyrənən amerikalı biokimyaçılar sensasiyalı nəticəyə gəliblər.

Trend-in məlumatına görə, göy rəngin görmə üçün təhlükəli olduğunu deyən alimlər bildiriblər ki, bu zaman “A” vitamini aldehidinin – retinalın aktivləşdirici molekullarına təsir göstərir. Kalsiumun normadan çox olması nəticəsində gözün tor qişasında hüceyrələr ölməyə başlayır.

Biokimyaçılar xəbərdarlıq edirlər ki, kompüter monitorlarının ətrafa yaydığı göy rəng dalğalarının uzunluğu tor qişanın ən zəif seqmentinə – “sarı ləkə”yə təsir göstərir. Xromoforların ilkin vəziyyətə qayıtmasına məhz göy rəng dalğaları mane olur və bununla da tor qişa hüceyrələrini çox zəruri qidalanma mənbəyindən məhrum edir.

Bioloqlarla birgə çalışan tədqiqatçılar müəyyən ediblər ki, bəzi həşərat növlərində də göy rəngə qarşı ifrat həssaslıq müşahidə olunur.

Alimlər tezliklə gözlərin göy işıq dalğalarından müdafiəsi istiqamətində tədqiqatlara başlayacaqlarını bildiriblər.