Azərbaycanda birinci sinif şagirdlərinə verilən nağıl kitabında yazılan sözlər gündəm mövzusuna çevrilib.

Minval.info xəbər verir ki, “Azərbaycan nağılları” adlı kitabda nağılların birində uşaqların şüuraltına mənsfi təsir edəcək ifadələr yer alıb.

Söhbət ibtidai sinfin şagirlərinə verilən “Göy mıncıx” başlıqlı nağıldan gedir.

Nağılda göy muncuğu udan qızın hamilə qalmasından bəhs edilir. Bundan əlavə, onun qardaşları həmin hadisəyə görə bacılarını öldürüləcəyi qeyd edilir.

Sosial şəbəkə istifadəçiləri kitabda bu cür mövzudan söhbət açılmasını tənqid ediblər. Onlar nağılda uşaqlara dolayısıyla intim və şiddət təbliğ olunduğundan narazılıqlarını bildiriblər.

Göy mıncığı udan qız hamilə qaldı - Azərbaycanda birinci siniflərə verilən nağılda BİABIRÇILIQ - FOTO

Göy mıncığı udan qız hamilə qaldı - Azərbaycanda birinci siniflərə verilən nağılda BİABIRÇILIQ - FOTO