Bu il məktəblərdə birinci sinifə qəbulda rus bölməsinə meyl edənlərin sayı çoxdur. Bu məni narahat edən məsələdir. Hesab edirəm ki, bu kökündən yanlış meyldir və bunun qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.

“Ölkə.Az” bildirir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib.

Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və sırf münasibətləri var:

 “Amma rus dili xarci dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Amma bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır, amma biz sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır”.