Ötən gün Bakıda “Gənclik” metro stansiyası yaxınlığında “Volkswagen” markalı avtomobilin dayanacağa çırpılma anının əks olunduğu görüntülər yayılıb.

“Minval.İnfo” xəbər verir ki, kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edərək qəfil dayanacağa doğru hərəkət edir.

Hadisə nəticəsində səki ilə hərəkət edən 22 yaşlı qızla 23 yaşlı oğlan xəsarət alıb. İlkin məlumata görə, gənclər nişanlıdırlar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub.

“Minval.İnfo”