Gənc müğənni özünü reklam etdirmək istədi, biabır oldu

Minval.info xəbər verir ki, Nur Cəfərli adında gənc müğənni tanınmaq və maraq doğurmaq üçün maraqlı addım atıb. O sanki gizli birinin ona gül hədiyyə etdiyini bildirmək istəyib.

Belə ki, müğənni evində heç bir şeydən “xəbərsiz” dayanır. Bu zaman qapının zəngi basılır və “sürpriz” olur. Qapıda kimsə gül qoyub.

Hətta xanım müğənninin reklamını edən səhifə də bunu “sürpriz” adlandırıb. Amma maraqlıdır ki, müğənni hər şeydən xəbərsizdirsə niyə video çəkilir, montaj edilir? Videonun şərh bölməsində də bu suallar verilib. İzləyicilər müğənnini ucuz reklama görə tənqid ediblər.

Minval.info