Gəncə hadisələrinə görə axtarışa verilən şəxs ölkədən çıxmaq istəyərkən yaxalanıb.

Minval.info-nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb.

27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən tutulub.

O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

Minval.info