Gəncə şəhərində 2 avtomobil toqquşub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobillə “Ford Tranzit” markalı avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət alanlar olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.