Gəncə şəhərində intihar hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən qadın 2 saat sonra həkimlərin göstərdiyi səylərə baxmayaraq dünyasını dəyişib.

Qadının uzunsürən xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən yaşadığı evdə sirkə turşusu içərək intihar etdiyi bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Minval.info