Gəncədə bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınları 16 yaşlı qızın küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.