Gədəbəydə 2 avtomobil toqquşub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib.

“Niva” markalı avtomobillə “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər – Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: – 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.